Şəhid gizir Azad Kərimovun nəşi ailəsinə təhvil verildi
Bizi izləyin

Nida Xəbər

Şəhid gizir Azad Kərimovun nəşi ailəsinə təhvil verildi

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində Kəlbəcərdə şəhid olan Azad Zakir oğlu Kərimovun nəşi ailəsinə təhvil verilib.

Publika.az xəbər verir ki, Azad Kərimovun nəşi Qazax rayon Daş Salahlı kəndinə gətirilib.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü A.Kərimov ailəli olub. Onun 1 və 3 yaşında iki oğlu əmanət qalıb.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm