ADA Fransa hakimiyyətinin ermənipərəstliyini pislədi
Bizi izləyin

Nida Xəbər

ADA Fransa hakimiyyətinin ermənipərəstliyini pislədi

Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) üzvləri erməni təxribatlarını pisləyib və ölkənin buna haqq qazandırmağa çalışan əksər KİV-lərinin qərəzli mövqeyindən təəssüfləndiklərini bildirib.

Publika.az xəbər verir ki, ADA-nın yerli mediaya və ictimaiyyətə ünvanladığı bəyanatında lobbiyə malik erməni təbliğatının əsl vəziyyəti gizlədə bilməyəcəyi bildirilir.

“Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının rəhbərləri arasında imzalanmış üçtərəfli bəyanatın və Azərbaycan və Ermənistan arasında bağlanmış sazişlərin müddəaları ciddi şəkildə pozulur, hər iki tərəfdən itkilər var. Bu vəziyyətdə həmin ərazidə etibarlı müşahidəçilərin olmaması nəticəsində Fransa mətbuatı və hakimiyyəti ermənilərin böhtanlarını sözbəsöz təkrarlayaraq hərbi təxribatın məsuliyyətini Azərbaycanın üzərinə qoymağa çalışır. Bu yolverilməzdir və nizamlanmalıdır”, - bəyanatda qeyd edilir.

Bəyanatda vurğulanır ki, iki xalq arasında münasibətlərin sabitləşməsi, sülhün yaranması həm Ermənistanın öz ərazisində, həm də diaspor daxilində mövcud olan güclü millətçilərin müqaviməti nəticəsində mümkün olmur. Bu vəziyyətdən yaranan durğunluq çoxsaylı təxribatlarla müşayiət olunur. Ermənilərin 50 azərbaycanlı hərbçini qətlə yetirməsi və iki mülki vətəndaşa xəsarət yetirməsi ilə nəticələnən təxribatı Azərbaycan tərəfdən cavab reaksiyası ilə müşayiət edilib və bu da öz növbəsində qarşı tərəfdən itkilərə səbəb olub. Halbuki Azərbaycan Ermənistanın 30 il müddətində işğal etdiyi ərazilərini geri qaytararaq, əhalinin iqtisadi və sosial inkişafını təmin etməyə çalışan və davamlı sülhə can atan sabit dövlətdir”.

“Beynəlxalq ictimaiyyət əldə olunmuş razılaşmalara əməl olunmasını təmin etməli və sülh danışıqlarının gedişatını təmin etməlidir. Ermənistan hakimiyyətinin törətdiyi təxribatlar, sərhədyanı rayonlarda davamlı olaraq minalar basdırması, üçtərəfli bəyannamə və razılaşmalara məhəl qoymadan silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmaqdan imtina etməsi qəbuledilməzdir. ADA regionun bütün xalqları üçün sülh, iqtisadi və sosial inkişaf arzulayır”, - bəyanatda vurğulanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm