Putin Səmərqənddə İlham Əliyev və Ərdoğanla görüşəcək
Bizi izləyin

Nida Xəbər

Putin Səmərqənddə İlham Əliyev və Ərdoğanla görüşəcək

Bu gün Rusiya Prezidenti Vladimir Putin Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Zirvə görüşü çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək.

Publika.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

"Rusiya liderinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır. Bu dəfə aktual qlobal və regional problemlərə xüsusi diqqət yetiriləcək: Ukraynakı vəziyyət, “taxıl sövdələşməsi”nin həyata keçirilməsi, Suriya və Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün səylərin əlaqələndirilməsi. Putin xarici ölkə liderləri ilə bir sıra ikitərəfli görüşləri Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlarla yekunlaşdıracaq. Görüş Ermənistanın hərbi təxribatı və bölgədə yaşanan son gərginliklər fonunda baş tutacaq" - məlumatda deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm