Nida Xəbər
Bayıl, “20-ci sahə” və Badamdarda əməliyyat: 17 nəfər saxlanıldı - DİN
Polis Bayıl, "20-ci sahə" və Badamdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirib.
Publika.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Səbail Rayon Polis İdarəsi və ərazi polis bölmələrinin əməkdaşları tərəfindən rayonun Bayıl, 20-ci Sahə və Badamdar qəsəbələri ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.
Tədbir zamanı qeyd edilən yerlərdə narkotik maddələrin satışını həyata keçirən 17 nəfər saxlanılıb.
Həmin şəxslərdən ümumilikdə külli miqdarda heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı, paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Qeyd edək ki, saxlanılan şəxslər sırasında narkotik vasitələrin satışı ilə məşğul olan ana və onun narkokuryerliyə cəlb etdiyi yetkinlik yaşına çatmayan oğlu da var.
Faktlarla bağlı toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Səbail rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü