Neftimizi kimə satırıq?
Bizi izləyin

Nida Xəbər

Neftimizi kimə satırıq?

Dövlət Gömrük Komitəsinin hesabatına görə, Azərbaycan 2022-ci ilin yanvar-avqust aylarında 13 milyard 724,3 milyon dollarlıq xam neft və xam neft məhsulu ixrac edib.

Publika.az bildirir ki, ixrac ünvanları belə sıralanır: İtaliya, Hindistan, İsrail, Böyük Britaniya, Xorvatiya, Çexiya, Portuqaliya, İspaniya, Tunis, Ukrayna, Almaniya, Vyetnam, İsveçrə, Tailand, İndoneziya, İrlandiya, Rumıniya, Türkiyə, Avstraliya, Tayvan, Avstriya, Yunanıstan, Belarus, Fransa, Rusiya, Gürcüstan.

Səkkiz ayda Azərbaycanda 21,8 milyon ton neft çıxarılıb.Energetika Nazirliyi gündəlik hasilatı yanvarda 580,9 min barel, fevralda 566,3 min barel, martda 579,4 min barel, apreldə 579,1 min barel, mayda 571,3 min barel, iyunda 523,5 min barel, iyulda 549,9 min barel, avqustda 554 min barel göstərib.

Beynəlxalq razılaşma sentyabr üçün gündəlik hasilat normasını 718 min barel, oktyabr üçün 717 min barel müəyyən edib. 2022-ci ilin dövlət büdcəsində bir barel neftin qiyməti 50 dollardan götürülüb, iyulun 1-dən 85 dollara qaldırılıb.

Qeyd edək ki, “AzəriLayt” markalı Azərbaycan nefti yanvara 82,49, fevrala 94,20, marta 102,30, aprelə 112,33, maya 110,70, iyuna 127,48, iyula 123,40, avqusta 105,97, sentyabra 99,67 dollarla başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm