"Azərbaycan Ermənistana sülh danışıqları üçün yer və vaxt təklif edib"
Bizi izləyin

Nida Xəbər

"Azərbaycan Ermənistana sülh danışıqları üçün yer və vaxt təklif edib"

Azərbaycan Ermənistana sülh sazişi layihəsinin müzakirəsi üçün görüş yeri və vaxtı təklif edib.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistanın son təxribatı genişmiqyaslı bərpa işlərinin aparıldığı işğaldan azad edilmiş ərazilərin yaxınlığında həyata keçirilib.

Nazir əlavə edib ki, son təxribat Ermənistanın son 30 ildə göstərdiyi davranışa çox uyğundur.

"Ermənistan danışıqlarda irəliləyiş əldə etməmək üçün tez-tez təxribatlara əl atırdı. Azərbaycan Ermənistanı münasibətlərin normallaşması prosesinə xələl gətirə biləcək hərəkətlərdən çəkinməyə çağırır", - deyə XİN rəhbəri bildirib.

C.Bayramoun sözlərinə görə, bu yaxınlarda keçirilən Brüssel görüşündən sonra Azərbaycan Ermənistana sülh sazişi üzərində işləməyə hazır olduğunu bildirdi və görüşdən az sonra Ermənistana saziş üzərində işləmək üçün görüşün konkret tarixi və yeri təklif edildi.

"İki gün əvvəl Ermənistanın baş naziri BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib. Təəssüf ki, onun çıxışı bir daha nümayiş etdirdi ki, Ermənistan münasibətləri normallaşdırmaq əvəzinə hələ də qarşıdurmanı davam etdirməyə sadiqdir", - deyə C.Bayramov bildirib.

XİN rəhbəri vurğulayıb ki, Azərbaycan isə öz növbəsində gələcək nəsillər üçün daha yaxşı gələcək qurmaq üçün post-münaqişə normallaşmasını hədəfləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm