Növbəti "Komando başlanğıc kursu” başa çatdı - FOTO
Bizi izləyin

Nida Xəbər

Növbəti "Komando başlanğıc kursu” başa çatdı - FOTO

Bu ilin hazırlıq planına əsasən, “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Dövlət Himni səsləndirilib.

Buraxılış mərasimində çıxış edən general-mayor Vasif Kazımov şəxsi heyətə Müdafiə Nazirliyinin rəhbər heyətinin təbriklərini çatdıraraq, hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb.

Kursu bitirən hərbi qulluqçulara sertifikat və beretlər təqdim olunub.

Sonda şəxsi heyət tribuna önündən təntənəli keçid edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm