Nida Xəbər
“Başdaşında şəhidin şəklinə çəngəllə tort yedizdirmək...” - Etiraz
Sabahdan etibarən Azərbaycanda Vətən müharibəsinin başlanmasının 2 ili tamam olur. Artıq dünəndən başlayaraq, şəhidlərimiz üçün ehsan süfrələri açılır.
Qeyd edək ki, bu proses, söz-söhbətsiz, müzakirəsiz ötüşmür. Bəzi təşkilatçıların anım mərasimlərindən öz piarları üçün istifadə etməsi narazılıq yaradır.
Publika.az xəbər verir ki, şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu bununla bağlı şəhid ailələrinə müraciət edib. O, şəhid ailələrini, sui- istifadə hallarının qarşısını almağa çağırıb.
E.İslamoğlu deyib: “Əziz ailələr, imkan verməyin yas mərasimində təşkilatçılar şou yaratsın, əlinizdə-ovcunuzda olanı mənimsəsin, yas mərasimində əndazə aşılsın.
Maketə toy etmək, şəhidin şəklini tortun üstünə vurub onu valideynə kəsdirmək, başdaşında şəhidin şəklinə çəngəllə tort yedizdirmək, qara rəngdə hava balonları hazırlamaq, mərasimə meyxanaçı, müğənni dəvət etmək və cəmiyyətdə qıcıq, gülüş yaradan digər hərəkətlər təşkilatçıların ağlının məhsuludur.
Hər mərasimdən ən azı 2-3 min manat da təşkilatçılar qazanır.
Sadə ehsan, sadə mərasim ən gözəlidir.
Şəhidlərimizin adına layiq hərəkət edək, onları layiqli yaşadaq”.
(Yenisabah)
-
MDB11:51Rusiya paytaxtında həyəcanlı anlar: Bina gülləbaran edildi - VİDEO
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA
-
MDB10:10Ukrayna Silahlı Qüvvələrinin baş komandanına qiyabi həbs cəzası kəsildi
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video
-
Ekopublika.az05:45Azərbaycanda alış-veriş xərcləri - Ayda 560 manat hara gedir?























.png)












