Nida Xəbər
Ombudsman Strasburqa getdi
Ermənistanın təxribatları regionda dayanıqlı sülhə mane olur.
Publika.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa Şurasının baş katibi Mariya Buriçlə Strasburqa rəsmi səfəri çərçivəsində keçirdiyi görüşdə məlumat verib.
Ombudsman bu il Azərbaycanda Ombudsman Aparatının 20 illiyinin qeyd olunduğunu xatırladaraq bu illər ərzində Avropa Şurası ilə əməkdaşlıqda həyata keçirilmiş çoxsaylı layihələrin təsisatın inkişafına töhfə verdiyini qeyd edib. S.Əliyeva 30 ilə yaxın müddətdə Azərbaycanın Ermənistan tərəfindən məruz qaldığı təcavüz siyasəti, o cümlədən məcburi köçkünlərin pozulmuş hüquqları barədə danışıb. O həmçinin Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 3890 azərbaycanlının taleyinin bugünədək məlum olmaması faktına da toxunub.
Bundan başqa, M.Buriç Ermənistanın işğal dövründə minaladığı ərazilər, bu baxımdan məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün yaranan çətinliklər, mina partlayışlarının səbəb olduğu insan tələfatı barədə də məlumatlandırılıb. Azərbaycan Ombudsmanı görüşdə Ermənistanın törətdiyi son təxribatların çoxsaylı insan tələfatına səbəb olduğunu, bu kimi halların regionda ədalətli və dayanıqlı sülhə maneə yaratdığını da diqqətə çatdırıb. S.Əliyeva beynəlxalq təşkilatların bu məsələdə qəti mövqe göstərəcəyinə inandığını bildirib.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?