BMT-dən İrandakı hadisələrə növbəti REAKSİYA
Bizi izləyin

Nida Xəbər

BMT-dən İrandakı hadisələrə növbəti REAKSİYA

Birləşmiş Millətlər Təşkilatı (BMT) İranda təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı davam edən zorakılıqlarına reaksiya verib.

Publika.az-ın xəbərinə görə, BMT-nin Cenevrə ofisində keçirilən həftəlik mətbuat konfransında çıxış edən BMT-nin insan hüquqları üzrə sözçüsü Rəvinə Şəmdəsani İrandakı son hadisələri müzakirə edib.

İranda son 11 gündür davam edən etirazlarda təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı zorakılıq tətbiq etməsindən narahat olduqlarını ifadə edən Şəmdəsani “etirazlara müdaxilə nəticəsində çoxlu sayda iranlı həyatını itirdi" məlumatını paylaşıb.

İnternet qadağaları səbəbindən etirazlarda ölənlərin və saxlanılanların gerçək sayını müəyyən etməyin mümkün olmadığını vurğulayan Şamdasani itkilər barədə BMT-nin rəsmi rəqəmlərini də açıqlayıb:

"Sentyabrın 24-də dövlət mediası ölənlərin sayının 41 nəfər olduğu bildirib. Qeyri-hökumət təşkilatlarından daha çox itki olduğu barədə xəbərlər gəlir".

Təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahla müdaxiləsindən narahat olduqlarını qeyd edən Şəmdəsani etirazlar başlayandan internetin kəsilməsinə də reaksiya verib.

O, təhlükəsizlik qüvvələrini etirazçılara qarşı zorakılıqdan əl çəkməyə çağırıb və bildirib ki, dinc nümayiş və ifadə azadlığı hüquqlarına hörmət edilməlidir.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm