Koronavirus hesabatı
Bizi izləyin

Nida Xəbər

Koronavirus hesabatı

Ümumi hesabata görə, Azərbaycanda 821.440 nəfər yeni koronavirus infeksiyasına yoluxub, onların 9.917-si vəfat edib.

Publika.az xəbər verir ki, hazırda ölkədə aktiv xəstə sayı 936 nəfər göstərilir.

2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Həmin il 218.700 yoluxma, 2.641 ölüm, 2021-ci il 398.247 yoluxma, 5.717 ölümlə bitib.

2022-ci ilin statistikası belədir: yanvar – 41.523 yoluxma, 376 ölüm, fevral – 127.200 yoluxma, 683 ölüm, mart – 6.262 yoluxma, 275 ölüm, aprel – 630 yoluxma, 17 ölüm, may – 205 yoluxma, 4 ölüm, iyun – 506 yoluxma, 4 ölüm, iyul – 5.565 yoluxma, 31 ölüm, avqust – 14.599 yoluxma, 57 ölüm, sentyabr – 8.003 yoluxma, 112 ölüm.

2021-ci il yanvarın 18-dən ölkədə koronavirusa qarşı peyvəndləmə aparılır: 5 milyon 381,9 min nəfərə bir, 4 milyon 867,5 min nəfərə iki, 3 milyon 379,1 min nəfərə azı üç, 261,7 min nəfərə pozitiv nəticədən sonra bir doza peyvənd vurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm