Sahibə Qafarova "Böyük İyirmilik" ölkələrinin sammitində iştirak edəcək
Bizi izləyin

Nida Xəbər

Sahibə Qafarova "Böyük İyirmilik" ölkələrinin sammitində iştirak edəcək

Milli Məclisin sədri Sahibə Qafarova “Böyük İyirmilik” ölkələrinin Parlament Sədrlərinin 8-ci Sammitində iştirak etmək üçün oktyabrın 4-də İndoneziyanın paytaxtı Cakarta şəhərinə səfər edib.

Publika.az xəbər verir ki, Cakarta Sukarno-Hatta Beynəlxalq Hava Limanında Azərbaycan parlamentinin sədrini ölkəmizin İndoneziya Respublikasındakı səfiri Cəlal Mirzəyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarova "Böyük İyirmilik” ölkələrinin Parlament Sədrlərinin 8-ci Sammitinin tədbirlərinə qatılacaq, sessiyalarda çıxış edəcək və sammitdə iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.

Görüşlərdə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm