Mirzoyan: “Azərbaycan sülh sazişinin elementlərini bizə verib”
Bizi izləyin

Nida Xəbər

Mirzoyan: “Azərbaycan sülh sazişinin elementlərini bizə verib”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün bəyan edib ki, Azərbaycan beş prinsip əsasında Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin elementlərini təhvil verib.

Publika.az xəbər verir ki, Ararat Mirzoyan bunu Ermənistan parlamentindəki çıxışı zamanı deyib.

“Martın əvvəlində Azərbaycanın təqdim etdiyi 5 bəndlik təkliflərdə qəbuledilməz heç nə yoxdur, lakin onlar tam gündəliyi ifadə etmir.

Bu dəfə Azərbaycan tərəfinin irəli sürdüyü təkliflər, əslində, həmin prinsiplər üzərində qurulub. Elə şeylər var ki, biz hələ təhlil edirik, reaksiya verəcəyik, yenə bizim üçün məqbul olacaq şeylər olacaq, qəbul olunmayanlar da olacaq, təkliflərimiz də olacaq. Normal danışıqlar prosesi davam edəcək”, - deyə Ararat Mirzoyan bildirib.

O qeyd edib ki, Bakı-Xankəndi dialoqunun beynəlxalq mexanizminin yaradılması ideyası var, müzakirələr aparılır.

“Bizim bir mövqemiz var, Azərbaycanın başqa mövqeyi var. Biz ümumi qarşılıqlı mövqeyə gələndə sizə məlumat verəcəyik”, - deyə XİN rəhbəri bildirib.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm