Deputat rəsmi Parisi qınadı: "Böhtan yağdırmaq diplomatiyaya və siyasi əxlaqa sığmır"
Bizi izləyin

Nida Xəbər

Deputat rəsmi Parisi qınadı: "Böhtan yağdırmaq diplomatiyaya və siyasi əxlaqa sığmır"

Ötən həftə Praqada Avropa Siyasi Birliyinin Sammiti keçirildi. Praqa tədbirinin əsas hissəsi Azərbaycan, Türkiyə və Ermənistan liderləri arasında görüş olub. Sonradan Fransa prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişelin də görüşə qatılması görstərdi ki, bu region dünya üçün böyük önəm daşıyır”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aydın Mirzəzadə deyib.

O, eyni zamanda qeyd edib ki, Azərbaycan olaraq Fransanın vasitəçiliyini normal qarşılayırıq: “Amma bir tərəfdən Fransa prezidenti vasitəçilik edir, digər tərəfdən onun hökumətinin xarici işlər naziri parlamentdə qərəzli bəyanat verir. Hesab edirəm ki, Fransa mövqeyini dəqiqləşdirməlidir. Məncə, Azərbaycana qarşı böhtanlar yağıdırılması diplomatiyaya və siyasi əxlaqa sığmır”.

Mirzazadə əlavə edib ki, həmin görüşdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması diplomatiyamızın böyük uğurudur: “Azərbaycanın Ermənistana təqdim etdiyi beş prinsipdən biri həyata keçirildi. Hesab edirəm ki, Ermənistan digər istiqamətlərdə də addım atılmalıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm