Nida Xəbər
Krım körpüsünü partladan yük maşını Ermənistana necə daxil olub? – Detallar məlum oldu
Ermənistanın Dövlət Gəlirləri Komitəsi (DGK) bu gün Krım körpüsündə baş verən partlayışla bağlı məlumatlara dair təfərrüatları təqdim edib.
Publika.az xəbər verir ki, Ermənistan DGK-dan bildirilib ki, yük maşını sentyabrın 27-də Baqrataşen gömrük məntəqəsində müəyyən olunmuş qaydada çəkiyə götürülüb, sonra rentgen müayinəsindən keçirilib və nəticədə risk faktoru aşkar edilməyib.
“Xüsusən də yük maşından boşaldılmadan polietilen plyonka rulonlarından birinin plyonka stratiqrafiyası yoxlanılıb. Yanlış təsnifatla bağlı heç bir problem aşkar edilməyib və gömrük orqanı malları buraxıb.
Bu mərhələdən sonra problemli yük Avrasiya İqtisadi İttifaqı malı statusu alıb və deklarantın rəhbərliyinə təhvil verilib. Gündəlik təcrübədə Aİİ qanunvericiliyi ilə müəyyən edilmiş sadə proses baş verib”, - Ermənistan Dövlət Gəlirləri Komitəsinin məlumatında deyilir.
Malın Rusiyaya həmin gürcü avtomobilində aparıldığı, sürücüsünün Ermənistan və Gürcüstan vətəndaşı Artur Tercanyan olduğu qeyd edilir.
“Bu malı daşıyan yük maşını kamera obyektivinin baxış sahəsində olub. Ermənistan Respublikasına idxalın və Rusiyaya daşınmasının gömrük prosesləri tam başa çatana qədər boşaldılmayıb, başqa mallarla daşınmayıb və yüklənməyib.
Bu yükün Ermənistan ərazisinə daxil olması, gömrük nəzarəti, rentgen müayinəsi, gömrük rəsmiləşdirilməsi, sənədləşdirilməsi, ixracı prosesləri lazımi qaydada və qanuni şəkildə həyata keçirilib, Ermənistan Respublikasına giriş və çıxış vaxtı yükün fiziki, rentgen müayinəsi zamanı hər hansı risk faktoru aşkar edilməyib” – deyə məlumatda bildirilir.
Səxavət
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu
-
MDB10:46Keçmiş nazirə qiyabi həbs cəzası kəsildi
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA
-
MDB10:10Ukrayna Silahlı Qüvvələrinin baş komandanına qiyabi həbs cəzası kəsildi
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video
-
Ekopublika.az05:45Azərbaycanda alış-veriş xərcləri - Ayda 560 manat hara gedir?






















.png)












