Nida Xəbər
Aqil Məmmədov: “Məhkəmənin köçkünün yaşadığı evi əlindən alması yanlışdır”

“Kəlbəcər rayonundan məcburi köçkünlərin problemləri ilə əlaqədar müvafiq qurumlara müraciət edirəm. Son zamanlar mənə məcburi köçkünlərin çoxsaylı müraciətləri daxil olub. Onlar bildirirlər ki, məhkəmə qərarı ilə məskunlaşdığı yaşayış yerlərindən çıxarılırlar”.
Publika.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Aqil Məmmədov deyib.
Deputat xatırladıb ki, Prezident İlham Əliyev bu məsələlərlə bağlı zamanında qəti münasibətini ifadə edib: “Torpaqlarımız işğaldan azad edildikdən sonra bu məsələ yenidən gündəmə gəlib. Məhkəmənin qərarı ilə, evlə təmin edilmədən məcburi köçkünlər məskunlaşdığı ərazilərdən çıxarılır. Axı məcburi köçkünlərin taleyi nəzərə alınmalıdır. Anlayıram ki, qaçqınların yaşadığı yerlər özəlləşdirilib. Mənə 10 nəfər müraciət edilib. Əgər bunlar evlə təmin edilməyəcəksə, harada yaşayacaq? Hesab edirəm ki, bu məsələ nəzərə alınmalıdır. Məhkəmə qətnamə çıxaranda əlavə qeyd edilməlidir ki, məcburi köçkünlər evlə təmin edildikdən sonra məskunlaşdığı yaşayış yerindən çıxarıla bilər”.

-
MDB11:12
Administrasiyada çaxnaşma: Heç kim heç nə bilmir - Kiyevdə nə baş verir?
-
Hadisə11:10
Sərnişin avtobusunda təhlükəli anlar yaşandı: Rəsmi qurumdan reaksiya gəldi - VİDEO
-
Sağlamlıq10:54
Qurd yox, qadın ürəyinə sahib olun: Onlarla kişilər arasında elə bir fərq tapıldı ki....
-
Dünya09:42
Sabiq FTB direktorunun bu paylaşımı ABŞ-ı qarışdırdı: Trampa sui-qəsd çağırışı? - FOTO
-
İdman06:46
Messini ağır cəzadan görün kim xilas edib - FOTO
-
Magazin206:16
Hande Erçel uzun yarıqlı libasda GÖZ QAMAŞDIRDI - FOTO
-
Magazin204:14
Məşhur müğənni Britaniyada həbs edildi - FOTO
-
ABŞ02:42
Tramp 11-ci dəfə BABA OLDU