Nida Xəbər
“Bu gün Zəngilan rayonunun tarixində unudulmaz bir gündür” - Prezident

“Biz düz bir il bundan əvvəl, bax, burada idik, o zaman bura boş sahə idi, heç nə yox idi. Burada “Aqropark”ın təməlini qoyduq. Bu gün artıq burada görülən işlərlə tanış olarkən bir daha gördük ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu hər bir sahədə özünü göstərir və hər bir sahədə gözəl nəticələr verir”.
Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılış mərasimində deyib.
O bildirib ki, bu gün Zəngilan rayonunun tarixində unudulmaz bir gündür:
“Qardaş ölkənin sayın Cümhurbaşqanı, qardaşım Rəcəb Tayyib Ərdoğan Zəngilana təşrif buyurub. Bu, bizim üçün böyük bayramdır, bütün Azərbaycan xalqı üçün böyük bayramdır”.
Prezident İlham Əliyev xatırladıb ki, iki il bundan əvvəl oktyabrın 20-də Zəngilan şəhəri şanlı Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad olunaraq, 27 illik işğala son qoyulduğunu deyib: “Məhz bu gündə Zəngilanda olmağınız, əziz qardaşımla bərabər Zəngilan Hava Limanının və bu “Aqropark”ın açılışını etməyimiz, əlbəttə ki, xüsusi məna daşıyır”.
Ölkə başçısı eyni zamanda, “Aqropark”ın yaradılmasında əməyi olan hər bir kəsə xüsusi təşəkkürünü bildirib. Prezident deyib ki, bu, birinci özəl sərmayədir. Bu “Aqropark”ın genişləndirilməsi və digər rayonlarda bu kimi aqroparkların yaradılması bu gün də müzakirə edilib.

-
Sağlamlıq10:54
Qurd yox, qadın ürəyinə sahib olun: Onlarla kişilər arasında elə bir fərq tapıldı ki....
-
Hadisə09:54
Sərnişin avtobusunda təhlükəli anlar: Məktəbli uşaqlar... - VİDEO
-
Dünya09:42
Sabiq FTB direktorunun bu paylaşımı ABŞ-ı qarışdırdı: Trampa sui-qəsd çağırışı? - FOTO
-
İdman06:46
Messini ağır cəzadan görün kim xilas edib - FOTO
-
Magazin206:16
Hande Erçel uzun yarıqlı libasda GÖZ QAMAŞDIRDI - FOTO
-
Magazin204:14
Məşhur müğənni Britaniyada həbs edildi - FOTO
-
ABŞ02:42
Tramp 11-ci dəfə BABA OLDU
-
Magazin202:12
“Avroviziya”nın bütün finalçıları məlum oldu - YENİLƏNDİ