Nida Xəbər
AYB qurultay keçirmək üçün nə qədər kredit götürüb?
Bir müddət öncə Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar AYB-nin XIII qurultayının keçirilməsi ilə bağlı rəhbərlik etdiyi qurumun bankdan kredit götürdüyünü açıqlamışdı. Bəs həmin kreditin məbləği nə qədərdir?
Bununla bağlı AYB-dən dəqiqləşdirmə aparmağa çalışdıq.
Qurumun sözçüsü Xəyal Rza Publika.az-a açıqlamasında təyyarə biletlərinin alınması üçün kredit götürüldüyünü bildirib:
“Xalq yazıçısı Çingiz Abdullayev krediti öz nüfuzundan istifadə edərək götürmüşdü. Burada söhbət böyük məbləğdən və ya uzun müddətli kreditdən getmir. Həmin vaxt biletlər alınmalı idi, onların qiyməti isə hər keçən gün artır. Müsbət qərar verilmişdi, biz də əmin idik ki, bunun üçün AYB-yə pul ayrılacaq və krediti qaytara biləcəyik. Biletlər alınıb və biz artıq pulu qaytarmışıq”.
Kreditin məbləğinə gəlincə, AYB sözçüsü bununla bağlı məlumat verməyib:
“Bu, mühasibatlığın biləcəyi məqamlardır və AYB-nin daxili məsələsidir. Bunu ictimailəşdirməmək haqqımız var”.
Aydan Baydullayeva
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu
-
MDB10:46Keçmiş nazirə qiyabi həbs cəzası kəsildi
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA
-
MDB10:10Ukrayna Silahlı Qüvvələrinin baş komandanına qiyabi həbs cəzası kəsildi
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video
-
Ekopublika.az05:45Azərbaycanda alış-veriş xərcləri - Ayda 560 manat hara gedir?






















.png)












