Mirzoyan Lavrova: "KTMT konkret səylər göstərsin"
Bizi izləyin

Nida Xəbər

Mirzoyan Lavrova: "KTMT konkret səylər göstərsin"

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında regional təhlükəsizlik və sabitliklə bağlı məsələləri müzakirə edib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı XİN rəhbərləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının bu günə planlaşdırılan fövqəladə sessiyasının gündəliyi və müzakirə olunacaq məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd olunur ki, Ararat Mirzoyan KTMT-nin Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrlə bağlı konkret səylərinin vacibliyini vurğulayıb.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm