Avropa İttifaqının bu ölkəsi Ukraynaya 18 milyard avro verilməsinə qarşı çıxdı
Bizi izləyin

Nida Xəbər

Avropa İttifaqının bu ölkəsi Ukraynaya 18 milyard avro verilməsinə qarşı çıxdı

Macarıstan Avropa İttifaqının Ukraynaya maliyyə yardımı proqramı çərçivəsində 18 milyard avro verilməsi planını əngəlləyəcək.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadla məlumat yayıb.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Macarıstan tərəfi bu barədə Aİ ölkələrinin maliyyə nazirlərinə Brüsseldə keçirilən görüşdə bildirib. Görüş zamanı macar nazir qeyd edib ki, onun ölkəsi Ukraynaya gələn il üçün yardım paketinin hazırlanmasını dəstəkləməyəcək.

“Avropa Komissiyası cümə axşamı Kiyevə daha sabit əsasda güzəştli kreditlər verməyi təklif edəcək, lakin bu təşəbbüs Aİ büdcəsində mövcud olan əlavə ehtiyatlardan istifadəni tələb edəcək. Macarıstanın maliyyə naziri Mixali Varqa həmkarlarına 27 hökumətin yekdil dəstəyini tələb edən belə bir variantı dəstəkləməyəcəyini bildirib”, - deyə "Bloomberg"in məqaləsində qeyd olunur.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm