Sunak Zelenski ilə müzakirə apardı
Bizi izləyin

Nida Xəbər

Sunak Zelenski ilə müzakirə apardı

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Ukrayna Prezidenti Vladimir Zelenski ilə Kiyevə dəstək verilməsi, o cümlədən 1000 ədəd yeni raketin tədarükü perspektivini müzakirə edib.

Publika.az xəbər verir ki, bu barədə Dauninq-strit məlumat yayıb.

"Böyük Britaniya 1000 ədəd yer-hava tipli raket və ekstremal soyuq qış üçün 25 000-dən çox hərbi dəst də daxil olmaqla əlavə dəstək verməyə davam edəcək", - deyə məlumatda qeyd olunur.

Böyük Britaniyanın Müdafiə Nazirliyi daha əvvəl bildirmişdi ki, London yaxın vaxtlarda Ukraynaya 1000-ə yaxın zenit-raket kompleksinin çatdırılmasını başa çatdıracaq.

Oktyabrda “The Times” Kiyevə yardıma görə Britaniyanın tank əleyhinə silahlarının tükənmək təhlükəsi ilə üzləşdiyini yazmışdı.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm