Blinken: "Sülh müqaviləsinin imzalanması üçün tarixi imkan yaranıb"
Bizi izləyin

Nida Xəbər

Blinken: "Sülh müqaviləsinin imzalanması üçün tarixi imkan yaranıb"

ABŞ-ın dövlət katibi Antoni Blinken Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün tarixi imkanın olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Antoni Blinken noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Dövlət katibi ABŞ-ın bu istiqamətdə səylərini davam etdirəcəyini söyləyib.

Telefon danışığı əsnasında Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə növbəti görüşün keçirilməsi və etimad quruculuğu tədbirlərinə dair fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm