İranın keçmiş səfiri: "Tehranın Azərbaycana münasibətdə tutduğu mövqe düz deyil"
Bizi izləyin

Nida Xəbər

İranın keçmiş səfiri: "Tehranın Azərbaycana münasibətdə tutduğu mövqe düz deyil"

İran hakimiyyətinin Azərbaycanla münasibətdə tutduğu mövqe düz deyil.

Publika.az xəbər verir ki, İranın Azərbaycandakı keçmiş səfiri Əhəd Qəzai “Sübhün carçsı” (Nəvid-e sobh) portalına müsahisəsində belə deyib.

Səfir qeyd edib ki, Xankəndi azərbaycanlıların əzəli torpağıdır. Sadəcə regionda möhkəmlənmək üçün sovetlər bölgəyə (xüsusən Xankəndiyə) erməniləri köçürərək, Xankəndidə zavodlar inşa edərək demoqrafik vəziyyəti dəyişdirdilər.

"Stalinin əmri ilə “Mehri” adlanan və əhalisinin hamısı müsəlman olan Ermənistanın cənub vilayəti Azərbaycandan alınaraq Ermənistana verildi", - deyə o əlavə edib.

Səfir təəssüflə qeyd edib ki, İranın Xarici İşlər Nazirliyinin arxivindəki 100 il bundan əvvəl ermənilər tərəfindən müsəlmanların soyqırımına dair minlərlə sənədin, eləcə də Bakı və Naxçıvandakı Baş konsulluqlarının əhəmiyyətli hadisələrlə bağlı XİN-ə verdiyi hesabatların İranda nəşr olunmasına, hətta tədqiqatçıların bu sənədləri araşdırmasına da icazə verilməyib.

"Qarabağın və ətraf yeddi rayonun Azərbaycana məxsus olması ilə bağlı BMT-nin dörd və Aİ-nin bir neçə qətnaməsinə və İranın rəsmi mövqeyinə baxmayaraq, Ermənistan həmin əraziləri işğal altında saxlayıb, hətta oradakı məscidləri də dağıdıb", - deyə keçmiş səfir bildirib.

Əhəd Qəzai onu da vrğulayıb ki, İran konstitusiyasına görə məzluma (torpağı işğal altında olana) dəstək olmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm