Lavrov Ermənistana gəldi
Bizi izləyin

Nida Xəbər

Lavrov Ermənistana gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki günlük səfərlə İrəvana gəlib.

Publika.az xəbər verir ki, rusiyalı nazir Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclasında iştirak edəcək.

İclas iştirakçılarının KTMT-nin kollektiv təhlükəsizlik regionlarında hərbi-siyasi vəziyyəti və sessiyalararası dövrdə təşkilatın fəaliyyətini müzakirə edəcəyi gözlənilir.

Tərəflər KTMT çərçivəsində xarici siyasət, hərbi və antiterror əməkdaşlığa aid və kollektiv təhlükəsizlik sisteminin gücləndirilməsi və daha da inkişafına yönəlmiş qərarlar paketini nəzərdən keçirəcəklər.

İrəvan görüşü çərçivəsində bir sıra siyasi bəyanatların təsdiqlənməsi planlaşdırılır.

Xarici işlər nazirləri beynəlxalq və regional təhlükəsizlik və silahlara nəzarətin arxitekturasının gücləndirilməsinə dair sənəd qəbul edəcəklər.

Öz növbəsində, Təhlükəsizlik Şuralarının katibləri nasizmi, neonasizmi, ekstremizmi, şovinizmi və ksenofobiyanın bütün formalarını tərənnüm etmək cəhdlərini pisləyən bəyanat qəbul edəcəklər.

Bundan əlavə, tərəflər KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının təsdiqinə təqdim olunacaq bir sıra sənədləri təsdiq edəcəklər.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm