Azərbaycan bu beynəlxalq təşkilata yenidən üzv seçildi
Bizi izləyin

Nida Xəbər

Azərbaycan bu beynəlxalq təşkilata yenidən üzv seçildi

Azərbaycan Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasına yenidən üzv seçilib.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 55-ci və Baş Assambleyanın 25-ci sessiyaları keçirilib. Sessiyalarda Azərbaycan FHN-nin Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli təmsil edib.

Sessiyada BMMT-nin İcraiyyə Şurasına üzvlük məsələsi üzrə fikir mübadiləsi aparılıb, Şuranın yeni tərkibi müəyyən olunub. Azərbaycan 2022-2026-cı illər üzrə BMMT-nin İcraiyyə Şurasına yenidən üzv seçilib. Bundan başqa, sessiyada Baş Assambleyasının Prezidenti və vitse-prezidenti vəzifələrinə də seçkilər keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm