Mirzoyan: "Azərbaycan Ermənistanın təkliflərinə cavab verib"
Bizi izləyin

Nida Xəbər

Mirzoyan: "Azərbaycan Ermənistanın təkliflərinə cavab verib"

Azərbaycan Ermənistanın münasibətlərin tənzimlənməsi və ya sülh müqaviləsi layihəsi ilə bağlı təqdim etdiyi təkliflərə cavab verib.

Publika.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Armenpress”ə müsahibəsində bildirib.

“Müzakirələr davam edir. Ümid edirik ki, bu məsələdə ən qısa zamanda razılıq əldə edəcəyik və beynəlxalq tərəfdaşlarımızın vasitəçilik səyləri də bu prosesdə mühüm rol oynaya bilər ”, - deyə Ermənistan XİN rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, danışıqlar müxtəlif istiqamətlərdə aparılır.

Ararat Mirzoyan, həmçinin bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağa beynəlxalq faktaraşdırıcı missiya göndərilməsi təklifi olub, lakin Azərbaycan tərəfi bu təklifi rədd edib.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm