Nida Xəbər
AŞPA-nın komitə iclasları başlayır

Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri Rafael Hüseynov və Nigar Arpadarai Avropa Şurası Parlament Assambleyasının 5-7 dekabr tarixlərində Paris şəhərində keçiriləcək komitə iclaslarında iştirak edəcəklər.
Publika.az xəbər verir ki, AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin dekabrın 5-də və 6-da keçiriləcək iclaslarına deputat Rafael Hüseynov qatılacaq.
İclasda onlayn təhsilin təşviqi, Avropa Şurasının açıq akademik şəbəkələrinin yaradılması, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, iqlim dəyişikliyinin mədəni irsə təsiri və digər məsələlər müzakirə ediləcək, müvafiq qərarlar qəbul olunacaq.
AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin dekabrın 7-də keçiriləcək iclasında Milli Məclisin deputatı, AŞPA-nın İctimai sağlamlıq və davamlı inkişaf üzrə alt komitəsinin sədri Nigar Arpadarai iştirak edəcək.
İclasda bəzi münaqişəli və böhranlı ölkələrdən olan miqrantların vəziyyətini araşdırmaq üçün məruzəçilər təyin ediləcək, miqrantların və qaçqınların üzləşdikləri problemlər araşdırılacaq. Tədbirdə miqrantların, qaçqınların və məcburi köçkünlərin idman vasitəsilə sosial həyata inteqrasiyası, sığınacaq və beynəlxalq müdafiənin təmin edilməsi kontekstində Avropa həmrəyliyi kimi mövzular müzakirə olunacaq.
Deputatlarımız tədbirlərdə müzakirə olunan məsələlərə münasibətlərini bildirəcəklər.

-
Qoroskop00:30
Günün ULDUZ FALI: pul mübahisə mənbəyinə çevrilə bilər
-
Magazin100:23
"Normal qadın efirdə özünə ər axtarmaz" - VİDEO
-
Magazin14 Fevral 23:48
Fərqanə Qasımova ilə kürəkənindən maraqlı ifa - VİDEO
-
Magazin14 Fevral 21:40
Manaf Tünzalənin məzar daşı üçün pul göndərdi - Ülviyyədən şok sözlər
-
Magazin14 Fevral 21:00
Səidə dərin sinə dekolteli, uzun yarıqlı libasda: "Kef elə, bacı..." - FOTO/VİDEO
-
Sosial4 Fevral 20:48
Laçında tikiləcək turizm mərkəzi belə olacaq - FOTO
-
Sosial4 Fevral 20:24
Vasif Talıbova verilmiş ordenlər geri alınır? - ŞOK İDDİA
-
Kriminal4 Fevral 20:00
Şəmkirdə qardaş bacısını niyə öldürüb? - TƏFƏRRÜAT/YENİLƏNDİ