Nida Xəbər
Zakir Həsənov Hulusi Akarla görüşdü - FOTO/VİDEO

Azərbaycan və Türkiyə müdafiə nazirləri Zakir Həsənovla Hulusi Akarın görüşü olub.
Bu barədə Publika.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Görüşdə, həmçinin Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Atilla Gülan, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu, eləcə də Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağcı və digər rəsmilər iştirak edib.
General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf etdiyini qeyd edib və bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Qardaş ölkəyə səfərindən məmnunluğunu ifadə edən H.Akar göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.
Görüşdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakı şəhəri, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilən "Qardaş yumruğu" birgə təliminin mühüm əhəmiyyətə malik olduğu xüsusi vurğulanıb.
Qarşılıqlı maraq doğuran mövzulara dair aparılan fikir mübadiləsi zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin regional təhlükəsizlik məsələləri də müzakirə edilib.

-
Kriminal20:12
"Nərmin işində" ifadə verməli olan ekspertlərdən GÖZLƏNİLMƏZ ADDIM
-
Sosial19:55
Azərbaycanda deputat orta məktəbə direktor təyin olundu
-
Kriminal19:24
Məhkəmə MTN generalı ilə bağlı yeni QƏRAR VERDİ
-
Nida Xəbər 19:03
İsrailin müdafiə naziri Bakıya etdiyi zəngdən danışdı: - "Bu gün səhər mən..."
-
Nida Xəbər 18:54
Mehman Əhmədli biznesmenin itinə meyxana deyib? - "Bir nəfər yaxınlaşdı ki..."/Video
-
Nida Xəbər 18:27
Daha bir Avropa ölkəsinin prezidenti Kiyevə gəldi
-
Sosial17:55
Bunu edənlərə 3 ilədək həbs cəzası veriləcək - YENİ MADDƏ
-
Sosial17:38
Sabahdan hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ