Akar Azərbaycanı təhdid edənlərə Bakıdan xəbərdarlıq etdi
Bizi izləyin

Nida Xəbər

Akar Azərbaycanı təhdid edənlərə Bakıdan xəbərdarlıq etdi

“Türkiyə və Azərbaycana qarşı təhdid və ya təxribat haradan və kimdən gəlirsə gəlsin, hər iki ölkəyə qarşı olaraq qəbul edirik. Dostumuz da eynidir, düşmənimiz də. Heç kimin bundan şübhəsi olmasın”.

Publika.az
xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hukusi Akar Bakıda “Qardaş yumruğu” təlimində çıxışı zamanı deyib.

Akar qeyd edib ki, Türkiyənin həmişə Azərbaycanın yanında olduğunu da heç kim unutmasın.

“Bir millət, iki dövlət” olduğumuz Azərbaycanla lazım olanda vahid ordu, vahid güc, tək yumruq olmağı da bacarırıq. Hər kəs bilməlidir ki, bölgənin artıq münaqişəyə, kim və nifrət üzərindən qurulan gələcəyə ehtiyacı yoxdur, indi birlikdə inkişaf etməyə, beynəlxalq hüquqa hörmət və dostlu münasibətlərin öndə olduğu gələcəyə ehtiyacımı var”, - Akar diqqətə çatdırıb.

H.Akar Ermənistana da Azərbaycanın uzatdığı sülh əlini tutmağı tövsiyə edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm