Ukraynaya 18 milyard dollar ayırmaq mümkün olmadı - Bu ölkə Aİ-də veto qoydu
Bizi izləyin

Nida Xəbər

Ukraynaya 18 milyard dollar ayırmaq mümkün olmadı - Bu ölkə Aİ-də veto qoydu

Macarıstan Avropa İttifaqının 2023-cü ildə Ukraynaya 18 milyard avroluq makro-maliyyə yardımının ayrılmasına icazə verən qanunvericiliyə düzəliş etmək qərarına veto qoyub.

Publika.az xəbər verir ki, Macarıstanın maliyyə naziri Mixay Varqa bu qərarın qəbul olunmasına qarşı çıxıb.

"Macarıstan maliyyə qanunvericiliyinə düzəlişin əleyhinədir", - nazir Brüsseldə İqtisadi və Maliyyə Məsələləri üzrə Şuranın iclasının açıq hissəsində deyib.

İclasa sədrlik edən Çexiyanın maliyyə naziri Zbiqnev Stanyura bu vəziyyəti şərh edərkən Aİ ölkələrinin bütövlükdə paketi qəbul edə bilməyəcəyini etiraf edib.

Eyni zamanda, o, əlavə edib ki, bu, yanvarın əvvəlindən Ukraynaya yardım göstərməyə başlamaq ambisiyasını azalda bilməyəcək.

Stanyura İqtisadiyyat və Maliyyə Komitəsindən Ukraynanı dəstəkləmək üçün alternativ həll yolu tapmağı xahiş edib.

Britaniyanın “The Independent” qəzetinin məlumatına görə, Macarıstan bununla da Kiyevə maliyyə yardımı paketinin qarşısını kəsib.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm