Nida Xəbər
Zəngəzur dəhlizinin Azərbaycan hissəsində dəmir yolu işlərinin 40 %-i tamamlandı

Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində dəmir yolu xətti üzrə işlərin 40 %-i, avtomobil yolunda isə 70 %-i tamamlanıb. Şərq və Qərb ölkələrini birləşdirə biləcək Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolu və avtomobil yollarında tikinti prosesi davam edir.
Publika.az xəbər verir ki, bunu Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Səudiyyə Ərəbistanı Krallığından olan nümayəndə heyətinin iştirakı ilə Zəngilanda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Zəngilanın davamlı gələcəyinə birbaşa töhfə verəcək 5 əsas inkişaf istiqaməti var: "Bunlar kənd təsərrüfatı, mədən sənayesi, nəqliyyat və logistika, turizm və "yaşıl" enerjidir".
V. Hacıyev bildirib ki, Şərqi Zəngəzurun yenidən qurulması prosesində kifayət qədər çətinliklər olsa da, eyni zamanda böyük imkanlar da var idi: "Böyük problemlərdən biri minalardan təmizləmə və təhlükəsizliklə bağlı idi. Şəhər və kəndlərdə dayanıqlığa nail olmaq üçün təhlükəsizliyin, sabitliyin və əmin-amanlığın təmin edilməsi birinci prioritet idi.
Yenidənqurma səylərinə və məcburi köçkünlərin təhlükəsiz qayıtmasına əsas maneələrdən biri işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı qurğularla kütləvi şəkildə çirklənməsi olub. Hazırda Şərqi Zəngəzurun minalardan təmizlənməsi prosesi davam edir".

-
Nida Xəbər 00:23
Azərbaycan sərhədinə 20 km tıxac yarandı - VİDEO
-
Qoroskop00:13
Günün ULDUZ FALI: Çalışmağa davam etsəniz...
-
Hadisə6 Dekabr 23:12
Ramiz Mehdiyevin bankında 400 minlik oğurluq
-
Nida Xəbər 6 Dekabr 23:04
İlham Əliyev: Sanki özüm öz toyumda iştirak etmədən məni evləndirdilər - VİDEO
-
Dünya6 Dekabr 22:49
Tokayev futbol məharətini göstərdi - VİDEO
-
Hadisə6 Dekabr 22:32
Axundovla bağlı qərar: “zərərçəkənin” qızı İrəvanı ifşa etdi
-
Hadisə6 Dekabr 21:54
Bakıda avtobus yaşayış evinin üstünə çıxdı - VİDEO
-
Sosial6 Dekabr 21:33
Şəhid atası vəfat etdi - FOTO