Nida Xəbər
«Sülhməramlılar təkcə ermənilərin mənafeyini qoruyurlar» - QHT sədri

Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri yeddi gündür ki, Şuşa-Xankəndi istiqamətində etiraz aksiyaları keçirirlər. Məqsədimiz isə bəllidir: sülhməramlıların xidmət etdiyi ərazilərdə faydalı qazıntı yataqlarımızın qanunsuz istismarı dayandırılsın.
Bundan əlavə, ekologiyamıza da ciddi zərər dəyir. Tələb edirik ki, müvafiq dövlət qurumları, o cümlədən QHT-lər ekoloji məsələlərlə bağlı monitorinq keçirsinlər. Təəssüf ki, bu günə qədər ərazilərimizdə monitorinqlərin keçirilməsinə şərait yaradılmayıb.
Publika.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə söyləyib. O qeyd edib ki, aidiyyəti qurumlarımız bu məsələ ilə bağlı yol xəritəsi hazırlayaraq sülhməramlıların nümayəndələrinə təqdim edib. Buna baxmayaraq, tələblərimiz hələ də yerinə yetirilməyib.
Cəsarət Hüseynzadə deyib: “Tələblərimizə əməl olunmadığı üçün Azərbaycanın müəyyən qurumlarının bu istiqamətdə işlər görməsi vacibdir. Laçın-Xankəndi yolunda Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin postlarının qoyulması da tələblərimizdəndir”.
QHT sədri əlavə edib ki, sülhməramlıların əsas vəzifəsi olduqları ərazidə təhlükəsizliyi təmin etməkdir: “Lakin onlar burada təkcə ermənilərin mənafeyini qoruyurlar. Ərazilərimizdə olduqları müddət ərzində sülhməramlılar bəzi xarici ölkə vətəndaşlarının buraya keçməsinə də şərait yaradıblar. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərimizdə təbii sərvətlərin danışmasına göz yumublar. Bu səbəbdən də QHT-lər və digər fəallar olaraq mübarizəmizi sona qədər davam etdirəcəyik”.
O bildirib ki, keçirilən aksiya beynəlxalq hüquq normalarına uyğundur. Lakin bəzən müşahidə edirik ki, xarici ölkələrdə aksiyalar aqressiv formada həyata keçirilir. Bizim aksiya isə çox humanist şəkildə davam edir. Aksiyaçılar sülhməramlıların təminat yüklərini daşımasına şərait yaradırlar. Həmçinin dünyaya sülh, ədalət mesajları verilir. Bu da bizim aksiyanı digərlərindən fərqləndirir.

-
Nida Xəbər 00:23
Azərbaycan sərhədinə 20 km tıxac yarandı - VİDEO
-
Qoroskop00:13
Günün ULDUZ FALI: Çalışmağa davam etsəniz...
-
Hadisə6 Dekabr 23:12
Ramiz Mehdiyevin bankında 400 minlik oğurluq
-
Nida Xəbər 6 Dekabr 23:04
İlham Əliyev: Sanki özüm öz toyumda iştirak etmədən məni evləndirdilər - VİDEO
-
Dünya6 Dekabr 22:49
Tokayev futbol məharətini göstərdi - VİDEO
-
Hadisə6 Dekabr 22:32
Axundovla bağlı qərar: “zərərçəkənin” qızı İrəvanı ifşa etdi
-
Hadisə6 Dekabr 21:54
Bakıda avtobus yaşayış evinin üstünə çıxdı - VİDEO
-
Sosial6 Dekabr 21:33
Şəhid atası vəfat etdi - FOTO