Nida Xəbər
“Qarabağda dövlət suverenliyimizi bərpa edəcəyik”
Qüdrət Həsənquliyev: “Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyil və hər yerindən duran gəda ona xoruzlana bilməz”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev “Xalq cəbhəsi” qəzetinə açıqlamasında bir qrup fransız siyasətçinin Azərbaycana hücum edilməsi çağırışı ilə Fransa prezidenti Makrona müraciət ünvanlamalarına münasibət bildirib.
BAXCP sədri deyib: ““Petux”ların xoruzlanması kənardan çox pis görünür. Onlar korrupsiyaya bulaşmış, ləyaqət hissini itirmiş məxluqlardır. Ermənistanın işğalı nəticəsində ev-eşiyindən didərgin salınmış bir milyon azərbaycanlı hələ də öz doğma yurdlarına qayıda bilməyib. Onların böyük bir qismi bu gün də, 30 il keçəndən sonra da normal həyatlarını qura bilməyiblər. Ermənistan bu gün də etnik seperatizmi dəstəkləyir, Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tanımaq istəmir. Bu “petux”lar qanmır ki, Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyil və hər yerindən duran gəda ona xoruzlana bilməz. Belə cəsarətlidirlərsə, qoy əllərinə silah alıb fransız əsgərləri ilə birlikdə üstümüzə gəlsinlər. O zaman baxarıq şalvarlarını bellərində, papaqlarını başlarında saxlaya biləcəklər ya yox. Azərbaycanı qorxutmaq istəyənlər anlamalıdırlar ki, onların nə deməsindən asılı olmayaraq biz, Qarabağda dövlət suverenliyimizi bərpa edəcəyik. Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara uyğun olaraq bütün hüquq və azadlıqlara malik olub Azərbaycanda rahat yaşayacaqlar, digərləri isə gedəcək. Fransız siyasətçilər bu tipli açıqlamalarla sülhü çətinləşdirir, yeni qanlı toqquşmaları qaçılmaz edirlər. Bədbəxt və xəstə erməni liderlər isə kənar qüvvələrin onları necə istifadə etdiyini anlamır, yaxud anlamaq istəmir. Azərbaycan öz yüksəliş dövrünü yaşayır və heç kim buna mane ola bilməyəcək”.
-
Hadisə01:10
Xəzərdə zəlzələ oldu
-
Qoroskop00:13
Günün qoroskopu: Pul məsələlərində risklərdən qaçın!
-
Magazin111 Oktyabr 22:17
Azərbaycanlı aparıcı ABŞ vətəndaşı oldu - FOTO
-
Kriminal11 Oktyabr 22:04
Xocavəndin hərbi komissarı həbs edildi - RƏSMİ/YENİLƏNDİ
-
İdman11 Oktyabr 21:59
Millimiz Estoniyaya məğlub oldu - VİDEO/YENİLƏNDİ
-
Kriminal11 Oktyabr 21:52
Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı
-
Nida Xəbər 11 Oktyabr 20:20
Oqtay Şirəliyev cərimələndi - Nə baş verib?
-
Magazin111 Oktyabr 20:10
Emin Ağalarovun "SeaBreeze”də kimə ev verəcəyi bilindi - FOTO