Nida Xəbər
Rusiyadan İrəvana son xəbərdarlıq - Ermənistan Suriyaya çevriləcək

"Aİ missiyasının Ermənistana göndərilməsi ilə bağlı Rusiya görünməmiş sərt bəyanatla çıxış etdi. Bu, xəbərdarlıqdır və son xəbərdarlıq kimi hiss olunur".
Publika.az xəbər verir ki, bu barədə siyasi texnoloq Vigen Akopyan yanvarın 27-də müzakirələr zamanı bildirib.
O, Dövlət Departamentinin, Moskvanın bu bəyanatına ABŞ-ın sülhməramlılara heç bir aidiyyətinin olmadığını, lakin başqa məsələlərdə iştirak etməyə davam edəcəyini bildirərək cavab verməsini təsadüfi adlandırıb.
Onun sözlərinə görə, bu, ABŞ-ın Rusiyanın çağırışını qəbul etdiyini göstərir.
“Ermənistan ərazisi, bilavasitə geosiyasi toqquşmalar meydanına çevrilir. Ermənistan hakimiyyəti ölkəni tədricən Suriyaya çevirir. Artıq çox şey bizdən asılı ola bilməz. Döyüşlər, sözün əsl mənasında Ermənistan ərazisində baş verə bilər”, - Akopyan vurğulayıb.
Ekspert Azərbaycanın İrandakı səfirliyində baş vermiş insidenti də xatırladıb, bölgədəki vəziyyəti partlayıcı adlandırıb.
“O, Ermənistanın yaxınlığındadır və hesab edirəm ki, bu, bizimlə birbaşa bağlıdır”, - deyə siyasi texnoloq yekunlaşdırıb.
Səxavət

-
Pul10:11
Pulsuz qalmamaq üçün bunu edin - Məşhur maliyyəçidən mühüm tövsiyə
-
Hadisə09:52
Yevlaxda qəza: Avtobusun vurduğu qadınlardan biri öldü, digəri isə...
-
ABŞ07:23
ABŞ banan ölkəsi səviyyəsinə enib - Tramp
-
Ekologiya07:00
Bu gün Bakıda hava necə olacaq?
-
Magazin206:40
Şakiradan ayrılan futbolçu: "Çox xoşbəxtəm"
-
Qoroskop00:07
Bürclər bu gün nə vəd edir? - Hər şey göründüyü kimi deyil!
-
Qarabağ 25 Mart 23:18
Səssiz əməliyyat: Ordumuz bu əraziləri azad etdi
-
Hadisə25 Mart 22:05
Ermənilər İsveç - Azərbaycan oyununda təxribatlara hazırlaşırlar