Nida Xəbər
NATO Müdafiə Kollecinin kursunu bitirən ilk qadın hərbçimiz - FOTO

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin polkovnik-leytenantı Samirə Kərimzadə NATO-nun İtaliyanın paytaxtı Romadakı Müdafiə Kollecinin yüksəkixtisaslı kursunu bitirən azərbaycanlı ilk qadın hərbi qulluqçudur.
Publika.az xəbər verir ki, ötən il avqustun 16-dan cari il yanvarın 27-dək davam edən kursda təkcə NATO-ya üzv dövlətlərin deyil, həm də alyansın tərəfdaşı olan ölkələrin hərbi qulluqçuları iştirak ediblər. Zabitlərin hazırlanmasına və təliminə yönələn kurs müddətində ölkələrin silahlı qüvvələrinin, mədəniyyətinin, ənənələrinin və milli mətbəxinin təqdimatları da olub.
Hərbi qulluqçularımızın bu kurslarda iştirakı Azərbaycan-NATO tərəfdaşlığının yüksək səviyyədə olmasının göstəricisidir.
Qeyd edək ki, NATO Müdafiə Kolleci ilə Azərbaycan artıq uzun illərdir əməkdaşlıq edir. Bu kollecdə kurs keçən zabitlərimiz Azərbaycan Silahlı Qüvvələri sıralarında layiqincə hərbi xidmət keçirlər.



-
Hadisə19:30
Oqtay Əliyevin həlak olduğu qəza yeri - VİDEO
-
Hadisə19:24
Xalq artisti aparıcı qızından DANIŞDI: "Lakin qərarı özü verməli idi" - FOTO
-
Hadisə19:00
Dəhşətli qəzada ölən musiqiçi imiş - FOTO
-
ABŞ18:37
Diş fırçası ilə dəlik açıb həbsxanadan QAÇDILAR - FOTO
-
Magazin118:13
Müslüm Maqomayevin onu otağından qovmasından DANIŞDI: "Mənə ağıl öyrədəcəksən?" - VİDEO
-
Cənubi Qafqaz17:55
Sülh müqaviləsi üzərində işləyirik, Laçın yolunu isə... – Mirzoyan
-
Region16:33
Türkiyədə prezidentliyə namizəd azərbaycanlı kimdir?
-
ABŞ16:11
Böhran bütün dünyaya yayıla bilər - Şok ssenari