Makronun başı dərddə: Milyonlarla insan hazırlaşır
Bizi izləyin

Nida Xəbər

Makronun başı dərddə: Milyonlarla insan hazırlaşır

Fransada iki həftə ərzində ikinci dəfədir ki, həmkarlar ittifaqları hökumətin planlaşdırdığı pensiya islahatına qarşı yanvarın 31-dən ümummilli tətil elan ediblər.

Publika.az xəbər verir ki, işin dayandırılmasının yenidən nəqliyyatın hərəkətində ciddi maneələrə səbəb olacağı, yüz minlərlə insanın küçə etirazlarında iştirak edəcəyi gözlənilir.

Əsas məqamı pensiya yaşının 62-dən 64-ə qaldırılması və tam pensiya almaq üçün tələb olunan iş stajının dəyişdirilməsi olan qanun layihəsi yanvarın 30-da Fransa parlamentinin Sosial komitəsində müzakirəyə çıxarılıb.

Müxalifətin 7 min düzəliş təklif etdiyi (onlardan 6 minini solçular təqdim edib) layihə fevralın 6-da parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq.

Yanvarın 19-da həmkarlar ittifaqının təşkil etdiyi etirazın ilk günündə polis 1,1 milyon insanın, təşkilatçılar isə 2 milyon insanın küçələrə çıxdığını bildirib. Həmkarlar ittifaqları yanvarın 31-də ən azı eyni sayda etirazçının olmasını gözləyirlər, çünki sorğular, islahatı rədd edənlərin faizinin həftədən həftəyə artdığını göstərir.

Daxili İşlər Nazirliyi 240 şəhərdə planlaşdırılan küçə yürüşlərində 1,2 milyon etirazçının, o cümlədən Parisdə 100 min nəfərin iştirak edəcəyini gözləyir. Nazirlik yürüş iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün 11 min polis və jandarmı səfərbər edəcək, 4 min asayiş keşikçisi isə paytaxt küçələrində olacaq.

Tətil bir daha ictimai sektorda, şəhərlərarası və ictimai nəqliyyatda, təhsildə rezonans doğurur. "Air France" daxili və Avropaya uçuşlarının onda birini ləğv edib, xarici uçuşlar isə işin dayandırılmasından təsirlənməyib.

Baş nazir Elizabet Born həftə sonu bildirib ki, o, yaş həddinin artırılmasına icazə verməyəcək, daxili işlər naziri Gerald Darmanin isə solçuları ölkədə xaos yaratmaq istəməkdə ittiham edib.

İslahat 2030-cu ilə qədər pensiya sistemini tarazlığa gətirməyə yönəlib və bundan sonra hökumətin fikrincə, yalnız əlavə dəyişikliklər tələb oluna bilər. Son üç onillikdə Fransa hökumətləri qocalmış cəmiyyəti və pensiya çatışmazlığını kompensasiya etmək üçün bir sıra böyük pensiya islahatlarına başlayıb və bunların hamısı böyük etirazlarla müşayiət olunub.

Prezident Emmanuel Makron 2017-ci ildəki ilk mandatı ərəfəsində seçkiqabağı kampaniyasında pensiya islahatı vəd etmiş, sonra bunu ikinci mandatının əsas tədbiri elan etmişdi, lakin qanun layihəsini qəbul etmək üçün parlamentdə lazımi səs çoxluğuna malik olmayıb. Həmkarlar ittifaqının davamlı etirazlar təşkil etməsi isə Makronun mövqeyini sarsıda bilər.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm