Nida Xəbər
Borrel erməniləri pəjmürdə etdi: Laçın yolu ilə bağlı sanksiya...

Avropa İttifaqı Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı sanksiyalar mexanizmini nəzərdən keçirmir.
Publika.az xəbər verir ki, bu barədə Avropa İttifaqının diplomatik blokunun rəhbəri Jozep Borrel Avropa Parlamentinin deputatı Asita Kankonun rəsmi sorğusuna cavabında bildirib.
"Sanksiyalar ümumavropa xarici və təhlükəsizlik siyasətinin məqsədlərinə nail olmaq üçün Aİ mexanizmlərindən yalnız biridir və bu halda onlar nəzərə alınmır. Aİ-nin səyləri dialoq yolu ilə həll yollarının tapılmasına yönəlib və Ermənistan və Azərbaycan liderləri bu öhdəliyə sadiqliklərini bildiriblər”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Aİ 2022-ci ilin dekabrından Laçın dəhlizindəki prosesləri və onların humanitar nəticələrini diqqətlə izləyir. Borrell hər iki tərəfin xarici işlər nazirləri ilə daimi təmasda olduğunu deyib. Bundan əlavə, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar da tərəflərlə daimi əlaqədədir.
Borrell əlavə edib ki, Aİ Azərbaycanı 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq dəhliz boyunca azad və təhlükəsiz hərəkəti təmin etmək üçün mümkün olan hər şeyi etməyə çağırıb.
O xatırladıb ki, 2022-ci il oktyabrın 6-da Praqada əldə olunmuş razılaşmaya əsasən, 2022-ci il dekabrın 19-dək olan iki ay müddətinə Ermənistan-Azərbaycan sərhədində mülki monitorinq missiyası yerləşdirilib. Ermənistanın müraciətinə cavab olaraq Aİ yeni missiya göndərmək qərarına gəlib.
“Misiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyi təşviq etmək, yerlərdə inam yaratmaq və Aİ tərəfindən dəstəklənən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş səylərə töhfə verəcək şəraiti təmin etməkdir”, - Jozep Borrel rəsmi sorğuya cavabında qeyd edib.
Səxavət

-
Hadisə19:00
Dəhşətli qəzada ölən musiqiçi imiş - FOTO
-
ABŞ18:37
Diş fırçası ilə dəlik açıb həbsxanadan QAÇDILAR - FOTO
-
Magazin118:13
Müslüm Maqomayevin onu otağından qovmasından DANIŞDI: "Mənə ağıl öyrədəcəksən?" - VİDEO
-
Cənubi Qafqaz17:55
Sülh müqaviləsi üzərində işləyirik, Laçın yolunu isə... – Mirzoyan
-
Region16:33
Türkiyədə prezidentliyə namizəd azərbaycanlı kimdir?
-
ABŞ16:11
Böhran bütün dünyaya yayıla bilər - Şok ssenari
-
Sağlamlıq16:00
Yemək yeyə-yeyə su içmək olarmı? - Fikirlər alt-üst oldu - VİDEO
-
Magazin215:24
Ramazanda milyonlar qazanacaqlar - SİYAHI