Dmitri Kuleba: "Ukrayna Qərbdən 140 tank alacaq"
Bizi izləyin

Nida Xəbər

Dmitri Kuleba: "Ukrayna Qərbdən 140 tank alacaq"

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, yardımın birinci dalğası çərçivəsində Ukrayna ordusu Qərb istehsalı olan 120-140 tank alacaq.

Publika.az xəbər verir ki, D.Kuleba keçirdiyi brifinqdə deyib: "Birinci təchizat dalğasının bir hissəsi olaraq, Ukrayna Silahlı Qüvvələri Qərb modellərinin 120-dən 140-a qədər müasir tanklarını alacaq".

O qeyd edib ki, onların sırasına “Challenger 2”, “M1 Abrams”, “Leopard 2” daxildir və Kiyevdə "Leclerc"ə ümid edirlər.

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, hazırda tank koalisiyasının 12 üzvü var.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm