Lavrov: "Ermənistan istəsə bir-iki günə..."
Bizi izləyin

Nida Xəbər

Lavrov: "Ermənistan istəsə bir-iki günə..."

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, İrəvan istəsə, KTMT-nin Ermənistan və Azərbaycan sərhədində missiyası bir-iki günə yerləşdirilə bilər.

Publika.az xəbər verir ki, S.Lavrov bu haqda TASS-a müsahibəsində bildirib.

“KTMT-nin bu çətin vəziyyətdə Ermənistan-Azərbaycan sərhədində sülhməramlı əməliyyat planı hazırlaması hesab edirəm ki, çox mühüm nailiyyət idi. Həmin təklif hələ də masadadır. Əgər bizim erməni müttəfiqlərimiz və dostlarımız hələ də bununla maraqlanırlarsa, bu missiya bir-iki gün ərzində sözün həqiqi mənasında yerləşdirilə bilər”, - deyə Lavrov qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm