"Azərbaycandan xaricə milyonlarla reklam pulları axır"
Bizi izləyin

Nida Xəbər

"Azərbaycandan xaricə milyonlarla reklam pulları axır"

"Media subyektlərinə tətbiq edilən vergi güzəştləri dövlət büdcəsinə 10 milyon manata başa gələcək, dövlət büdcəsi bu qədər gəliri almayacaq".

Publika.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin bu gün keçirilən iclasında media subyektlərinə güzəştlərin tətbiqi il bağlı Vergi Məcəlləsinə dəyişikliyin müzakirəsi zaman deyib.

Komitə sədri bildirib ki, media subyektlərinə dəstək olaraq bu az məbləğ deyil, ancaq medianin inkişafı dövlət büdcəsinin digər sahələrdən gələn gəlirlərinin artmasına imkan verəcək.

Komitə sədri qeyd edib ki, Azərbaycandan xaricə milyonlarla reklam pulları axır. “Sosial şəbəkələrə baxsaq bunu görə bilərik. Bu gün sosial şəbəkələr reklam baxımından media subyeklərini üstələyir, onların daha çevik alətləri var. Vergi dəyişiklikləri media subyektlərinə də daha çevik işləməyə imkan verəcək”, - deyə o qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm