Xilasedicilərimiz Türkiyəyə yola düşür - Foto
Bizi izləyin

Nida Xəbər

Xilasedicilərimiz Türkiyəyə yola düşür - Foto

Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak edəcək azərbaycanlı xilasedicilər qardaş ölkəyə yola düşür.

Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə göndərilir.

İkinci təyyarə də uçuşa hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün səhər saatlarında Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə tapşırıq verib. Ölkə başçısının tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb. Eyni zamanda zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak edəcək ikinci təyyarə də uçuşa hazırlanır.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm