Rusiya vətəndaşı Türkiyədəki zəlzələdə həyatını itirdi
Bizi izləyin

Nida Xəbər

Rusiya vətəndaşı Türkiyədəki zəlzələdə həyatını itirdi

Türkiyədə fevralın 6-da baş vermiş iki zəlzələ nəticəsində ölənlər arasında bir Rusiya vətəndaşının şəxsiyyəti müəyyən edilib.

Publika.az xəbər verir ki, bu barədə TASS Türkiyə operativ xidmətlərinə istinadən məlumat yayıb.

Dağıntıların təmizlənməsi davam edir. "RİA Novosti"nin Rusiya Turoperatorları Assosiasiyasına istinadən verdiyi məlumata görə, 43 rusdilli bələdçi-tarixçi qrupunun bir hissəsi Türkiyənin Adıyaman şəhərindəki “İsias Hotel”ində dağıntılar altındadır.

Zəlzələlər Türkiyənin qonşusu Suriyaya da təsir edib. Son məlumatlara görə, ümumilikdə 4 mindən çox insan həlak olub, 21 mindən çox insan yaralanıb. Zəlzələlərin nəticələrinin aradan qaldırılmasına bir neçə ölkə, o cümlədən Rusiya xilasediciləri cəlb olunub.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm