Nida Xəbər
"4 tələbənin yaşadığı binada axtarışlar tamamlanmaq üzrədir"
“Malatyada dağıntılar altında qaldığı ehtimal edilən 4 azərbaycanlı tələbənin yaşadığı binada axtarış işləri tamamlanmaq üzrədir, amma onlar nə sağ halda, nə də cəsədləri tapılıb”.
Publika.az xəbər verir ki, bunu “Report”un Ankara bürosuna Türkiyə parlamentinin Milliyyətçi Hərəkat Partiyasının (MHP) millət vəkili Mehmet Celal Fendoğlunun köməkçisi Oğuz Fendoğlu bildirib.
O deyib ki, azərbaycanlı tələbələrlə bağlı fasiləsiz axtarışlar hələlik nəticə verməyib.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanları arasında adı çəkilən, Malatya şəhərində İnönü Universitetinin tələbələri olan - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan bu günədək heç bir məlumat yoxdur. Onların yaşadığı bina zəlzələnin təsirindən ağır dərəcədə dağıntıya məruz qalıb.
Azərbaycanın Türkiyədəki Səfriliyinin də dəstəyi ilə tələbələrin axtarışı aidiyyatı qurumlarla indiyə qədər davam edir. Onların ad-soyadı bütün xəstəxanalara bildirilib, amma xəstəxanalarda onlar haqqında heç bir məlumat olmayıb. Vaideynləri və yaxınları tələbələrin axtarışı ilə bağlı Malatyaya gedib və doğmaları haqqında ümidverici xəbərlər gözləyirlər.
-
MDB10:46Keçmiş nazirə qiyabi həbs cəzası kəsildi
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA
-
MDB10:10Ukrayna Silahlı Qüvvələrinin baş komandanına qiyabi həbs cəzası kəsildi
-
MDB09:53Paşinyan gələn ay Rusiyaya üç dəfə səfər edəcək
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video
-
Ekopublika.az05:45Azərbaycanda alış-veriş xərcləri - Ayda 560 manat hara gedir?





















.png)












