Nida Xəbər
İranın gizli Xoy planı: azərbaycanlıları deportasiya etmək istəyirlər - VİDEO
10:55
“Xoyda baş verən zəlzələdən sonra İranın addımları nə ölkə konstitusiyasına, nə də Beynəlxalq Humanitar Hüquqa uyur. Ümumilikdə, İranın daxili konstitusiyasında fövqəladə halların baş verdiyi halda mərkəzi hakimiyyətin əyalətlər və vilayətlərdə vətəndaşların bütün təminatlarının ödənilməsi kimi öhdəlikləri var. Bu da hakimiyyətin ciddi əməl etməli olduğu öhdəlikləridir. Konstitusiyanın bu bəndinə məhz Xoyda - soydaşlarımız yaşayan ərazilərdə, zəlzələnin baş verdiyi zamanlarda əməl olunmadı”.
Bu sözləri Publika.az- açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

O qeyd edib ki, beynəlxalq təşkilatlar bu mövzuda İrana çox da ciddi təzyiq göstərmədilər.
“Bir sıra ölkələr - Azərbaycan, Türkiyə və Avropada yaşayan cənubi azərbaycanlılar bu istiqamətdə təkliflər və təşəbbüslər etdilər, amma İran hakimiyyəti bunların heç birinə icazə vermədi. Azərbaycan və Türkiyədən gələn dəstəklərdən imtina edilməsinin vacib bir əsası var. Mərkəzi hakimiyyətin vətəndaşlarına dəstək olmadığı halda, bu iki ölkədən gələn dəstək oradakı etnik azərbaycanlıların rəğbətinin artmasına səbəb olacaqdı ki, əlbəttə İran bunu istəmir və icazə vermir.
Bu, özündə bir neçə izahı ehtiva edir. Öncəliklə İran hakimiyyətinin Xoy vilayətində azərbaycanlıların dədə-baba yurdlarında dağılmış evlərini bərpa etməməsi, ümumilikdə hakimiyyətin sistemli şəkildə azərbaycanlılara yönəlik həyata keçirdiyi gizli deportasiya siyasətinin bir hissəsidir. Gizli deportasiya həm də Urmu gölü ilə bağlı idi ki, orada məskunlaşan azərbaycanlılar faciədən sonra oranı tərk etmək məcburiyyətində qalsınlar və s. Qısaca, bu, soydaşlarımızın öz yurdlarından çıxarılması istiqamətində aparılan gizli oyunlardan biridir”, - deyə o vurğulayıb.
Y.Hacıyevanın sözlərinə görə, molla hakimiyyət hesab edir ki, oradakı azərbaycanlılar yaşayış yerlərini qoyub başqa yerə köçməlidir. Azərbaycanlıların kompakt, bir yerdə yaşamasından qorxan Tehran rejimi bunu bir imkan hesab edir: “Digər məsələ isə odur ki, bu, İranın öz vətəndaşlarına qarşı etnik, milli mənsubiyyətə görə repressiya siyasətinin davamıdır. Biz bunu İrandakı etirazlarda da görmüşük. Onlar etniklərə qarşı repressiyaları daha da artırırlar. İrandakı etirazlara görə edam cəzasına məhkum edilmiş 30 nəfərdən 21-i etnik azərbaycanlıdır”.
Politoloq bildirib ki, hazırda İranın zəlzələnin baş verdiyi Suriyaya kömək göstərməsinin bir neçə əsas səbəbi var.
“Türkiyə ilə yanaşı Suriya da böyük dağıntılara məruz qaldı. Uzun illər Bəşər Əsəd hakimiyyətinin onsuz da yaman günə qoyduğu vətəndaşları bir də, təbii fəlakət pis günlərə qoydu. Bu məqamda Suriyaya yardım edən ilk ölkələr sırasında İran dayanır. Biri budur ki, İran bu dünyada çox az ölkə ilə müttəfiqlik qurur ki, onlardan biri Suriyadır. Digər bir məqam isə odur ki, İran bu gün Suriyanın şimalında baş verən ərazilərə humanitar yardım adı altında silah daşıyır və bununla Suriya ərazisinə yaxın şərqdəki digər terror qruplarına silah yükünün ötürülməsini məhz bu yolla təmin edir. Bu barədə ciddi mərkəzlər tərəfindən məlumatlar yayılıb. İran vəziyyətdən istifadə edərək ölkənin şimalında enerji resursları ilə bol olan ərazilərdə müəyyən imtiyazlar əldə edir”, - deyə Y.Hacıyeva diqqətə çatdırıb.
Ayşən Rəhim
-
ABŞ02:4411 sentyabr terror aktının pərdəarxası: MKİ 71 məxfi sənədi yayımladı
-
Qoroskop01:40Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
ABŞ00:27ABŞ qüvvələri hərəkətə keçdi - Gecə əməliyyatına hazırlıq gedir
-
Elm və təhsil11 Sentyabr 21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə11 Sentyabr 19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika11 Sentyabr 17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ11 Sentyabr 15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial11 Sentyabr 14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI











.jpg)





.jpg)










.jpg)



.png)




