Nida Xəbər
Növbəti "Komando başlanğıc kursu" başa çatdı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən ordu sıralarında xidmət edən hərbi qulluqçuların hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.
Publika.az xəbər verir ki, cari ilin döyüş hazırlığı planına uyğun olaraq, növbəti "Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Mərasimdə çıxış edənlər məzunlara Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdıraraq hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında bu cür kursların əhəmiyyətindən danışıb, komandolara gələcək xidmətlərində uğurlar arzulayıblar.
Məzunlara sertifikatlar təqdim olunduqdan sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.
Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub, xatirə şəkili çəkdirilib.

-
İnanc09:12
Ehtiyatlı olun: Bu simvollar sizi yoxsullaşdırar
-
Qoroskop08:38
İyun ayında bürcləri nə gözləyir? - Sevgi, pul, işgüzar səfər...
-
Magazin108:15
Ayağını amputasiya etdilər - FOTO
-
Ekologiya07:15
Bu günün hava proqnozu AÇIQLANDI
-
Magazin107:08
Xatirənin qardaşı təcili əməliyyat olundu - FOTO
-
Magazin206:34
Yuri Şatunov ölüb, yoxsa öldürülüb?
-
Magazin106:25
Zümrüd rəisdən şikayətçi oldu
-
Sosial05:15
Mağazalarda satılan qara kişmişlər boyanır? - İDDİA/ VİDEO