Nida Xəbər
Zelenski: Vəziyyət getdikcə pisləşir

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, gərgin münaqişələrin yaşandığı Ukraynanın şərqində vəziyyət pisləşib.
Publika.az xəbər verir ki, Zelenski bu barədə Yaponiyanın “Yomiuri Shimbun” qəzetinə müsahibəsində deyib.
Ukrayna ordusunun mümkün əks-hücumla bağlı sualına cavab olaraq, Zelenski deyib ki, bunu edə bilməzlər: "Tanksız və artilleriyasız cəsur əsgərləri cəbhəyə göndərə bilmərik”.
Zelenski müsahibəsində tez-tez Ukrayna ordusunda silah çatışmazlığını vurğulayaraq əlavə edib ki, “onlar öz tərəfdaşlarından sursat gözləyirlər” və Rusiya ordusu hər gün Ukrayna ordusundan üç dəfə çox sursat istifadə edir.
Ukraynanın şərqindəki Bəhmut şəhəri və ətrafında şiddətlənən qarşıdurmalar hər iki tərəfdən böyük əsgər və sursat itkisinə səbəb olur. İngiltərə Müdafiə Nazirliyinin İngiltərə məxfi xidmətindən alınan məlumata əsasən, Rusiya ordusunun Bəhmutu ələ keçirmək üçün uzun müddətdir davam edən hücumları uğursuz olub.
"Rusların vəziyyəti, ehtimal ki, Rusiya Müdafiə Nazirliyi ilə sözügedən cəbhədə öz qoşunları ilə mövcud olan "Vaqner Qrupu" arasında gərginliyə görə pisləşib", - nazirliyin bəyanatında deyilir.
Ayşən

-
Qarabağ 17:14
Laçın postunda son vəziyyət: ermənilər yoldan necə keçir?
-
Nida Xəbər 16:01
İsrail Prezidentindən Azərbaycan dilində paylaşım - FOTO
-
Sosial15:33
Yeniyetmə qızlar və sosial şəbəkələr: QORXULU TƏSİR - ARAŞDIRMA
-
Nida Xəbər 15:13
Ermənistan ordusu sərhəddə aktivləşdi - VİDEO
-
Dünya14:38
36 milyardı götürüb ölkəni tərk etdilər
-
İdman14:08
Cazibədar voleybolçunun çörəyi idmandan yox, modellikdən çıxır - FOTOLAR
-
Magazin113:51
Leyla Quliyeva: "Ayağıpalçıqlı, amma xoşbəxt ola bilir insan" - Foto
-
Ekologiya13:09
Mayın sonuncu gününün hava proqnozu açıqlandı