Azərbaycan və Səudiyyə Ərəbistanı biznes əlaqələrini genişləndirir - FOTO
Bizi izləyin

Nida Xəbər

Azərbaycan və Səudiyyə Ərəbistanı biznes əlaqələrini genişləndirir - FOTO

Azərbaycan və Səudiyyə Ərəbistanı iki ölkənin biznes dairələri arasında əlaqələrin genişləndirilməsində maraqlıdır.

Publika.az İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, bu məsələ qurumun İdarə Heyətinin sədri Orxan Məmmədovun Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bu ölkənin Kiçik və Orta Sahibkarlıq üzrə Baş İdarəsinin (MONSHAAT) rəhbəri Sami İbrahim Əlhüseyni ilə görüşündə müzakirə olunub.

Tərəflər iki ölkənin KOB-larının əməkdaşlığının genişləndirilməsi imkanlarını nəzərdən keçirib, ticarət əlaqələrinin inkişafında KOB subyektlərinin roluna, Azərbaycana investisiya qoyuluşuna və bu sahədə KOBİA-nın xarici iş adamlarına göstərdiyi dəstəyə dair fikir mübadiləsi aparıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm