Silah ehtiyatı artırılır: ABŞ Çinlə qarşıdurmaya hazırlaşır
Bizi izləyin

Nida Xəbər

Silah ehtiyatı artırılır: ABŞ Çinlə qarşıdurmaya hazırlaşır

Hazırda Tayvan və ABŞ arasında “silah-sursat ehtiyatı”in yaradılması barədə danışıqlar gedir. Tayvanın müdafiə naziri Çiu Qo-çen bu haqda parlamentdə danışıb. Tayvan uzun müddətdir ABŞ-dan silahlar alır, amma Çinin son “blokada imitasiyaları” göstərdi ki, hərbi əməliyyatların başlayacağı təqdirdə Tayvanın böyük silah-sursat ehtiyatına ehtiyacı olacaq. Çünki blokada şəraitində silah tədarükündə problemlər yarana bilər.

Publika.az yenipress.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov Tayvana qarşı mümkün eskalasiya barədə qeyd edib.

O, xatırladıb ki, Tayvan ABŞ-dan uzun illərdir qırıcılar və raketlər alır, amma Çinin mümkün olan hərbi müdaxiləsinin birinci dalğasını qarşılamaq üçün mobil silahlara ehtiyac olacaq: “Javelin”lər, “Stinger”lər, minalar və minaatanlar…

“Bundan əlavə ABŞ-la mütəmadi əlaqə saxlamaq və kəşfiyyat məlumatları almaq üçün mobil radiolokasiya stansiyaları lazımdır. Hazırda ABŞ hərbi sənayesi öz gücünü işə salır, Pentaqonla böyük müqavilələr bağlanır.

ABŞ-da hər 2 partiyanın (Respublikaçılar və Demokratlar – red.) Tayvana dəstəyi birmənalı və qeyd-şərtsizdir. Bu çox vacib məqamdır.

Bundan əlavə bir müddət qabaq ABŞ Prezidenti Co Bayden bəyan etmişdi ki, Çinin Tayvana mümkün hərbi müdaxiləsi zamanı ABŞ müharibəyə qarışmağa məcbur olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm