Nida Xəbər
FHN-in Aviasiya dəstəsinin əməkdaşları Heydər Əliyev Mərkəzində - FOTO

Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi tərəfindən şəxsi heyət üçün “Heydər Əliyev İli” çərçivəsində Bakı şəhəri, Yasamal rayonunda yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.
FHN-dən Publika.az-a verilən məlumata görə, mərkəzdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən eksponatlarla tanış olan Aviasiya dəstəsinin əməkdaşları “dəyirmi masa” ətrafında fikir mübadiləsi aparıblar. Çıxış edənlər Ulu Öndərin zəngin dövlətçilik təcrübəsindən, qətiyyətli əzmi sayəsində Azərbaycanın xoşbəxt gələcəyinə, onun beynəlxalq miqyasda inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəlməsinə, müasir ordu quruculuğuna, xalqın rifahının və həyat tərzinin durmadan yaxşılaşdırılmasına, milli-mənəvi dəyərlərin möhkəmləndirilməsinə həsr edilmiş şərəfli ömür yolundan ətraflı bəhs ediblər.
Çıxışlarda Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin yüksək templə inkişaf etdiyini, güclü dövlətə çevrildiyini bildiriblər.
Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.








-
Sosial17:30
Əli Əsədov daha iki qərar imzaladı
-
Sosial17:02
Dövlət Gömrük Komitəsindən blogerə rəsmi - CAVAB
-
İdman16:27
Devid Bekhemin gəlini: Görün bu gözəl kimin nəvəsidir - FOTOLAR
-
Rəsmi xronika15:56
İlham Əliyev bu qanunları təsdiqlədi
-
MDB15:18
Putin onu vəzifəsindən azad etdi
-
Rəsmi xronika14:47
Prezident bir qrup şəxsi təltif etdi
-
Region14:42
Ermənistan müsəlmanların puluna göz dikib: Bu ərəb ölkələri üçün...
-
MDB13:42
Hüseyn Həsənov ruslara belə kələk gəlib: 100 milyonluq mənzilini onun adına keçirib ki...