Nida Xəbər
Azərbaycan və İsrail XİN başçıları görüşdü - FOTO
19 apreldə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İsrail xarici işlər naziri Eli Kohenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə ölkələr arasında ikitərəfli və çoxtərəfli çərçivədə əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə olunaraq, ölkəmizin İsrail Dövləti ilə müxtəlif sahələrdə əlaqələrin inkişafına və uğurlu əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyi diqqətə çatdırılıb.
Nazirlər çoxşaxəli əməkdaşlıq gündəliyində duran siyasi, iqtisadi, o cümlədən energetika, təhsil və tədqiqat, yüksək texnologiyalar, rəqəmsallaşma, turizm, humanitar və bir çox başqa sahələr daxil olmaqla əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıb.
Bu gün Bakıda keçirilən Azərbaycan hökuməti ilə İsrail dövləti arasında Birgə Komissiyanın fəaliyyəti təqdir edilib və münasibətlərin daha da şaxələnməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Azərbaycan ilə İsrail arasında tarixi dostluğa, əməkdaşlığa söykənən əlaqələrin mövcudluğundan söz açan nazir Ceyhun Bayramov iki ölkə arasında qarşılıqlı səfərlərin, o cümlədən təmasların əhəmiyyətindən bəhs edib.
Bu xüsusda, keçirilən görüşlərin və aparılan müzakirələrin tərəfdaşlığımızın daha da dərinləşdirilməsi, habelə ikitərəfli dialoqun daha da inkişaf etdirilməsi baxımından mühüm olduğu diqqətə çatdırılıb.
Görüşdə ölkəmizin İsraildə səfirliyinin açılmasının son 30 ildə inkişaf edən və yeni keyfiyyət mərhələsinə qədəm qoyan Azərbaycan-İsrail münasibətlərinin gücləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Tərəflər ikitərəfli münasibətlərin bütün istiqamətləri, habelə beynəlxalq və regional məsələlər üzrə müxtəlif səviyyələrdə siyasi dialoqun bundan sonra da inkişaf etdirilməsinə hazır olduqlarını ifadə ediblər.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Səfər çərçivəsində nazirlər tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında 2023-2026-cı illər üçün Təhsil sahəsində əməkdaşlıq proqramı” imzalanıb.
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı
-
Dünya12:30
Netanyahuya xərçəng diaqnozu qoyuldu - Onu bu şəxs əvəzləyəcək
-
Sosial11:50
Həlak olan pilotumuzun adına bu ölkədə təqaüd veriləcək